
Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 22,553 milyard
kilovat-saat (kVt/saat) elektrik enerjisi istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
138,8 milyon kVt/saat və ya 0,6% çoxdur.
Eyni zamanda istehsal edilmiş elektrik enerjisinin 21,8 milyard
kVt/saatını əmtəəlik elektrik enerjisi təşkil edib ki, bu da ötən
ilin ilk ayındakı göstərici ilə müqayisədə 127,9 milyon kVt/saat və
ya 0,6% artım deməkdir.
Ümumilikdə Azərbaycanda elektrik enerjisi, qaz və buxar
istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin
yanvar-oktyabr aylarında 2,818 milyard manat dəyərində məhsul
istehsal olunub və xidmətlər göstərilib.
Dövr ərzində ölkədə su təchizatı, tullantıların təmizlənməsi və
emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 542,7 milyon
manat təşkil edib.

