
Bakı. Trend:
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) komissiyası gələn
mövsümdən Formula-1-də sürücülərin nömrələrini dəyişə bilməsi
barədə qaydaları təsdiqləyib.
Trend xəbər verir
ki, bu barədə məlumat təşkilatın rəsmi saytında yayımlanıb.
2014-cü ildən etibarən Formula-1-də sürücülərə daimi nömrələr
verilir və onlar karyeraları boyunca həmin nömrələri saxlayırdılar.
Yeni qaydaların necə tətbiq olunacağı barədə ətraflı məlumat hələ
açıqlanmayıb.
Qeyd olunur ki, nömrələr arasında bir istisna var: hazırkı dünya
çempionu yalnız birinci nömrəni götürə bilər, lakin çempion istəsə,
birinci nömrədən imtina edib daimi nömrəsini saxlaya bilər, necə
ki, Luis Hemilton “Mersedes”də etmişdi.

