Bakı. Trend:
ABŞ avqust ayında döyüş başlığı olmayan B61‑12 taktiki termonüvə
bombasının növbəti uğurlu sınağını həyata keçirib.
Trend xəbər verir
ki, bu barədə məlumat Energetika Nazirliyinin Sandia Milli
Laboratoriyasının açıqlamasında yer alıb.
Sınaqlar 19–21 avqust tarixlərində Nevada ştatındakı sınaq
poliqonunda baş tutub. Test zamanı ABŞ-ın beşinci nəsil F‑35 qırıcı
təyyarələri inert döyüş başlıqlı bombaları hədəfə çatdıraraq
atıblar.
Sınaqlar Milli Nüvə Təhlükəsizliyi Administrasiyası (NNSA) ilə
koordinasiya olunub və “silahların effektivliyinin
qiymətləndirilməsində mühüm mərhələ” kimi qiymətləndirilib.
Məlumata görə, 2024‑cü ilin sonunda NNSA B61‑12 tipli hava
bombalarının xidmət müddətini 20 il uzatmağa yönəlmiş proqramı
tamamlayıb.

