
Bakı. Trend:
14 noyabr 2025-ci il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf
“DeGolyer and MacNaughton” şirkətinin sədri və baş icraçı direktoru
Con Vallas ilə görüşüb.
Trend xəbər verir ki, görüşdə
şirkətlər arasında karbohidrogen ehtiyatlarının hesablanması və
qiymətləndirilməsi, neft-qaz yataqlarının işlənməsi planlarının
optimallaşdırılması istiqamətləri üzrə uğurlu əməkdaşlıqdan
məmnunluq ifadə olunub. Bu xüsusda, birgə həyata keçirilən
layihələrin icra vəziyyəti nəzərdən keçirilib.
Söhbət zamanı SOCAR-ın strateji hədəflərinə uyğun olaraq, həyata
keçirdiyi layihələr, əldə olunan nəticələr barədə qarşı tərəfə
məlumat verilib, həmçinin ehtiyatların qiymətləndirilməsi,
innovativ texnologiyalar, rəqəmsallaşma istiqamətlərində yeni
əməkdaşlıq imkanları müzakirə olunub.

