
Bakı. Trend:
“9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı çağırış
xarakterli məlumatlar, eləcə də həmin zəngləri cavablandıran
şəxslərin məlumatlarının oğurlandığı barədə sosial şəbəkələrdə
iddialar yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, daxil olmuş
müraciətlər üzrə aparılan ilkin araşdırmalar zamanı bank kartlarına
müdaxilə, hesablardan pul vəsaitlərinin oğurlanması və ya
vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsi ilə bağlı hər
hansı fakt aşkarlanmayıb.
“Hazırda DİN-in aidiyyəti baş idarəsi tərəfindən araşdırmalar
davam etdirilir. Araşdırmaların nəticələrinə əsasən xüsus olacağı
təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək”, – məlumatda
deyilir.

