Bakı. Trend:
İran Hörmüz boğazından keçən Marşal adalarının bayrağı altında
üzən neft tankerini saxlayıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Birləşmiş Ştatlardan olan mənbəyə istinadən verdiyi məlumata
görə, “Talara” adlı gəmi Birləşmiş Ərəb Əmirliklərinin Acman
limanından Sinqapura gedərkən İran qüvvələri tərəfindən
dayandırılıb və İranın ərazi sularına yönləndirilib.
İlkin məlumatlara görə, gəmi yüksək kükürdlü dizel yanacağı
daşıyıb.

