Azərbaycan AİB ilə şəhər nəqliyyatının qurulması istiqamətində əməkdaşlığı müzakirə edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Asiya İnkişaf Bankı ilə metro xidmətlərinin
modernləşdirilməsi üzrə əməkdaşlığı müzakirə ediblər.

Trend xəbər
verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) prezidenti Masato
Kanda sosial şəbəkə hesabında paylaşım edib.

“Bu gün İçərişəhər Metrtansiyasını ziyarət etdim və şəhərin
nəqliyyat şəbəkəsinin genişləndirilməsinin növbəti mərhələsinə
hazırlıq işlərini müzakirə etmək üçün “Bakı Metropoliteni”
rəhbərliyi ilə görüşdüm.




Asiya İnkişaf Bankının (AİB) Ölkə Tərəfdaşlıq Strategiyası
çərçivəsində metro xidmətlərinin modernləşdirilməsi, rəqəmsal
əməliyyatların, sistem səmərəliliyinin və şəbəkə tutumunun
artırılması istiqamətində Azərbaycan hökumətinə dəstək göstəririk.
Bu səylər Bakıda mobilliyi artıracaq, şəhər daxilində əlaqəni
gücləndirəcək və insanlar və bizneslər üçün daha geniş imkanlar
yaradacaq.

AİB səmərəli, inklüziv və gələcəyə hazır şəhər nəqliyyatının
qurulması istiqamətində tərəfdaşlarımızla birgə işləməyə davam
edəcək”, – paylaşımda qeyd edilib.