Metallurgiya sənayesi məhsullarının istehsalı azalıb

Baş səhifə

Bakı. Trend:

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı
sahələrində 2025-сi ilin yanvar-oktyabr aylarında 1,052 milyard
manatlıq məhsul istehsal olunub.

Bu barədə Trend Dövlət StatistikaKomitəsinə istinadən xəbər
verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
8,2% azdır.




Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hazır metal
məmulatlarının istehsalı sahəsində 10 faiz, metallurgiya sənayesi
məhsullarının istehsalında isə 12,9 faiz azalma müşahidə
olunub.

2025-сi ilin yanvar-oktyabr aylarında metallurgiya sənayesi üzrə
armatur istehsalı 20 faiz, polad tökmə istehsalı 23,7 faiz, mis
məftil istehsalı 92,7 faiz, hazır metal məmulatlarının istehsalı
sahəsi üzrə metaldan sair məmulatların istehsalı 30,9 faiz
azalıb.