Kimya sənayesi məhsulları istehsalı 6%-ə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə
məmulatlarının istehsalı sahələrində 1,921 milyard manatlıq məhsul
istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.




Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
5,7% çoxdur.

Qeyd edilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
əczaçılıq məhsullarının istehsalı 2 dəfə, rezin və plastik kütlə
məmulatlarının istehsalı 12,6 faiz, kimya sənayesi məhsullarının
istehsalı isə 8,4 faiz artıb. Kimya sənayesi məhsullarından
polietilen istehsalı 4 faiz, etilen istehsalı 3,2 faiz, karbamid
istehsalı 0,4 faiz, rezin və plastik kütlə məmulatlarından
polietilendən başqa, digər plastmas kisələr və çantalar istehsalı
86,8 faiz, plastmas, çubuqlar, millər və profillər istehsalı 28,5
faiz, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı
20,5 faiz artıb.