İKT
- 14 noyabr, 2025
- 16:12
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda 1 milyard 991 milyon manatlıq məhsul istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 % çoxdur.
Təkcə oktyabrda isə bu sektorda 241 milyon manatlıq məhsul istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 22,3 % çoxdur.
Bu ilin ilk 10 ayında sektorun Ümumi Daxili Məhsulda (ÜDM) payı 1,9 % təşkil edib.
Xatırladaq ki, hesabat dövründə Azərbaycanda 106 milyard 435,4 milyon manatlıq və yaxud illik müqayisədə 1,3 % çox ÜDM istehsal olunub.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin

