
Bakı.Trend:
Paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti ilə
Koroğlu Rəhimov küçəsinin kəsişməsində hərəkətin təşkili ilə bağlı
dəyişiklik edilib.
Trend xəbər
verir ki, bu barədə NİİM məlumat yayıb.
Bildirilib ki, sürücü və piyadaların təhlükəsizliyini təmin
etmək məqsədilə kəsişmədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi
tərəfindən LED işıqlandırma ilə təchiz olunan yeni svetoforlar
quraşdırılıb.
Sürücülərin daha aydın görmələri üçün “L” və “A” tipli olmaqla
piyada bölməli ümumilikdə 16 svetofor hərəkət iştirakçılarının
istifadəsinə verilib.
Qeyd edək ki, işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin
layihəsi əsasında həyata keçirilib.

