Metrodan istifadə edənlərin sayı azalıb, hava nəqliyyatı ilə sərnişin daşımaları isə artıb

Baş səhifə

Bakı.Trend

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin
sayı 2,5 faiz azalaraq 184,5 milyon nəfər olub.

Trend xəbər
verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, hava nəqliyyatı ilə isə 3476,1 min və ya və
əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,2 faiz çox sərnişin
daşınıb.




Daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə
məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Bu nəqliyyat növü ilə yükdaşıma 5,6 faiz azalaraq 322,0 min ton
olub.