Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatının açılış mərasimi keçirilib

Baş səhifə
Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatının açılış mərasimi keçirilib

Gəncədə Aerobika gimnastikası üzrə böyüklər arasında Avropa çempionatının açılış mərasimi keçirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, Gəncə İdman Sarayında təşkil olunan açılış mərasimdə rəsmilər və idmançılar iştirak ediblər.

Açılış mərasimindən sonra yarışların təsnifat mərhələsi başlayıb.

Burada qadın və kişi gimnastlar fərdi çıxışlar edirlər.

Qeyd edək ki, qitə birinciliyində 18 ölkədən 151 idmançı qatılıb.