AYNA-nın beynəlxalq daşımalar üçün operatorlar altsistemi genişləndirilib – FƏRMAN

Baş səhifə

Bakı. Trend:

AYNA-nın “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən
operatorlar” altsistemi genişləndirilib.

Trend xəbər verir ki, bununla
bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, informasiya sisteminə daxil olan “beynəlxalq
avtomobil daşımalarını həyata keçirən operatorlar” altsistemi
avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları
fəaliyyətinin operatorlarının uçotunun aparılması ilə yanaşı,
operatorlara kvota ilə müəyyən edilmiş, xarici ölkələrin ərazisində
beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün elektron
qaydada mübadilə edilən xarici ölkələrin “İcazə” blanklarının və
əldə edilən Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli qısamüddətli
(aylıq) və çoxtərəfli illik “İcazə” blanklarının (jurnallarının)
elektron qaydada verilməsini də təmin edəcək.

Belə ki, “İcazə” terminindən istifadə standartlaşdırılıb, illik
və qısamüddətli icazələr qısamüddətli (aylıq) və çoxtərəfli illik
“İcazə” blankları kimi ifadə olunur. Xarici ölkələrdə beynəlxalq
avtomobil daşımaları üçün verilən “İcazə” blanklarının və
jurnallarının elektron qaydada verilməsi proseduru
aydınlaşdırılıb.

Operatorlara verilən “İcazə” blankları və onların uçotu da
sistemə əlavə edilib.