
Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, rayon mərkəzinə yaxın ərazidə İbrahim Abdullazadənin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə Rahil Rəhimlinin idarə etdiyi moped toqquşub.
Qəza nəticəsində mopedin sürücüsü və onun sərnişini – Fərid Abdallı xəsarətlər alaraq rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

