
Bakı.Trend:
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları
tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının
alınması məqsədi ilə əməliyyatlar davam etdirilir.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Abşeron, Suraxanı, Sabunçu və Xəzər rayonlarında
keçirilən növbəti tədbirlər zamanı əvvəllər məhkum olunan Araz
Firidunbəyli, Arzu Hüseynov, Nahid Mənsimov, Vüsal Əliyev, Şəmistan
Rəfili və Adil Ağazadə saxlanılıblar. Onlardan 21 kiloqram
tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 600 ədəd
metadon həbi aşkarlanıb.
Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran
vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri əldə
etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin olunan nöqtələrə
yerləşdirməyi planlaşdırdıqları məlum olub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

