Bakıda narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb, 21 kq marixuana aşkarlanıb

Baş səhifə
Bakıda narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb, 21 kq marixuana aşkarlanıb

DİN BNMİ-nin əməliyyatları zamanı 21 kq narkotik vasitə və 600 ədəd psixotrop tərkibli həb aşkarlanıb

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Abşeron, Suraxanı, Sabunçu və Xəzər rayonlarında keçirilən növbəti tədbirlər zamanı əvvəllər məhkum olunan Araz Firidunbəyli, Arzu Hüseynov, Nahid Mənsimov, Vüsal Əliyev, Şəmistan Rəfili və Adil Ağazadə saxlanılıblar. Onlardan 21 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 600 ədəd metadon həbi aşkarlanıb.

Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri əldə etdikləri və satış məqsədi ilə əvvəlcəd…