Növbəti köç karvanı Şuşakənd kəndinə çatıb

Baş səhifə
Növbəti köç karvanı Şuşakənd kəndinə çatıb

Xocalı rayonuna yola salınan növbəti köş karvanı Şuşakənd kəndinə çatıb.

“Report”un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə Şuşakənd kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu mərhələdə kəndə 19 ailə (55 nəfər) köçürülüb.