Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Mingəçevirdə yerləşən avarçəkmə bazasında idmançılarla görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyeva Mingəçevir şəhərinə səfəri
çərçivəsində avarçəkmə bazası ilə tanış olub.

Trend xəbər
verir ki, Leyla Əliyevaya Kür çayı üzərində salınmış “Kür” Olimpiya
Tədris-İdman Mərkəzinin fəaliyyəti, burada yaradılan infrastruktur,
idmançıların hazırlıq prosesi və qazanılan nailiyyətlər barədə
ətraflı məlumat verilib. Bildirilib ki, “Kür” Olimpiya Tədris-İdman
Mərkəzi Avropada, eləcə də MDB məkanında bənzəri olmayan avarçəkmə
bazalarından biridir.

Mərkəz avarçəkmə idman növü üzrə milli komandanın əsas hazırlıq
bazalarından biri kimi fəaliyyət göstərir. Burada müxtəlif yaş
qruplarına aid idmançıların peşəkar səviyyədə məşq etmələri üçün
müasir standartlara cavab verən şərait yaradılıb, zəruri
infrastruktur, idman avadanlıqları və təhlükəsizlik tələblərinə
cavab verən sistemlər təmin olunub.




Görüş zamanI, həmçinin gənclərin sağlam həyat tərzinə cəlb
olunması, avarçəkmə idman növünün daha geniş təşviqi və regionda
idman infrastrukturunun gücləndirilməsi istiqamətində görülən işlər
diqqətə çatdırılıb.

Leyla Əliyeva avarçəkmə üzrə məşq prosesini izləyib və
idmançılarla səmimi söhbət edib.