Azərbaycanda əhalinin ərzaq xərcləri artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət
şəbəkəsində istehlakçılara 26,495 milyard manatlıq ərzaq məhsulları
satılıb.

Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə 1,3% çoxdur.




ərzaq məhsulları üzrə ticarət dövriyyəsinin yekunda xüsusi
çəkisi 50,4% təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında pərakəndə
ticarət şəbəkəsində istehlakçılara 52,616 milyard manatlıq, o
cümlədən 28,664 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün
məmulatları, 23,951 miolyard manatlıq qeyri-ərzaq malları
satılıb.

2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə
ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq
məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq
malları üzrə 6,7 faiz artıb.