
Bakı. Trend:
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu gün Xocalının
Şuşakənd və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola
salınıb.
Trend-in
Qarabağ bürosu xəbər ki, Xocalı rayonunun Şuşakənd və Xanyurdu
kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən
yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdir.
Şuşakənd kəndinə 19 ailə – 55 nəfər, Xanyurdu kəndinə isə 12
ailə – 34 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli
dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham
Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya
təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən
rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən
şəhidlərimizə rəhmət diləyiblər.

