Bakı. Trend:
“Cəfər Cabbarlı” stansiyasına bitişik yeraltı keçiddə yerləşən
ticarət mağazasında tüstülənmədən sonra stansiyanın giriş-çıxışına
tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.
Trend xəbər
verir ki, bu barədə “Bakı Metropolitei” QSC məlumat yayıb. “Stansiya sərnişinlərin giriş-çıxışına tam açılıb”,- deyə qurumdan
bildirilib.
10:12
xxx
“Cəfər Cabbarlı” stansiyasına bitişik yeraltı keçiddə yerləşən
ticarət mağazasında tüstülənmə baş verib.
Trend xəbər
verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, tüstülənmənin nəticələrinin sərnişinlərə
təsirlərinin qarşısını almaq məqsədilə “Cəfər Cabbarlı”
stansiyasının giriş və çıxış qapıları dərhal bağlanılıb,
havalandırma sistemi sovurma rejiminə keçirilib.
“Cəfər Cabbarlı” və “28 May” stansiyalarının, həmçinin “Cəfər
Cabbarlı-Xətai” mənzilində qatarların hərəkəti normal iş rejimi
şəraitində təmin edilir.
Saat 10:00-da stansiyanın giriş-çıxışı istifadəyə veriləcək.

