Sumqayıtda 1000 abonentin təbii qaz təchizatı dayandırılır

Baş səhifə
Sumqayıtda 1000 abonentin təbii qaz təchizatı dayandırılır

Sumqayıt şəhərinin Ceyranbatan asfalt zavodu ərazisində yeraltı qaz xətlərində sızma aşkarlanıb.

“Azəriqaz”dan “Report”un yerli bürosuna bildirilib ki, problemin aradan qaldırılması məqsədilə noyabrın 14-ü saat 11:00-dan etibarən 1 000 abonentin qaz təchizatı dayandırılacaq.

Məlumata görə, qaz verilişi təmir-bərpa işləri başa çatdıqdan sonra yenidən bərpa olunacaq.