Londonda “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının təqdimatı keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyanın paytaxtı Londonda Britaniya Azərbaycanlıları
Assosiasiyasının (BAA) təşkilatçılığı və Diasporla İş üzrə Dövlət
Komitəsinin dəstəyi ilə Vətən müharibəsindəki Şanlı Qələbənin 5
illiyi münasibəti ilə “Zəfər Salnaməsi” adlı möhtəşəm tədbir təşkil
olunub.

Trend xəbər
verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin
səsləndirilməsi ilə başlanıb, sonra qəhrəman şəhidlərimizin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitunun birgə
layihəsi olan “The History of the Patriotic War: Personality
Factor” (“Vətən müharibəsinin tarixi. Şəxsiyyət faktoru”) adlı
kitabın ingilis dilində nəşrinin təqdimatı keçirilib. Qeyd edilib
ki, artıq 10 dildə nəşr edilən bu kitab müharibə tarixinin ilk
ümumiləşdirilməsi cəhdlərindən biri olaraq birinci Qarabağ
müharibəsindən başlayaraq 44 günlük Vətən müharibəsi və müharibədən
sonrakı ilk illərdəki bərpa-quruculuq, azad edilən torpaqlara
qayıdışla bağlı mərhələləri əhatə edir. Nəşrdə 44 günlük Vətən
müharibəsinin xronikası, şəhidlərin qəhrəmanlığı və Qələbənin
siyasi-hərbi aspektləri geniş şəkildə işıqlandırılıb.




Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin
Süleymanov, Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri
Hafiz Baxşəliyev, Türkiyənin bu ölkədəki səfiri Koray Ertaş,
ADPU-nun elm və innovasiyalar üzrə prorektoru Asəf Zamanov,
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, Vətən müharibəsində qazanılan Şanlı
Qələbə ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik
sərkərdəlik qabiliyyəti sayəsində əldə olunub. Bu da tarixdə
şəxsiyyət faktoru amilini bir daha sübut edir.

Sonda tədbir bədii hissə ilə başa çatıb. Tanınmış ifaçılar Rasim
Fərziyev və ansamblı, Emiliya Yaqubova, Fərhad Amiri Azərbaycan
xalq və bəstəkar mahnılarını ifa ediblər.