Qatarlarda başqasına yer saxlamaq digər sərnişinlərin hüququnu pozur – ADY

Baş səhifə

Bakı.Trend:

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi dəmir yolu
ilə səfər edən sərnişinlərə müraciət edib.

“ADY”dən Trend-ə verilən məlumata görə, qatarlarda başqaları
üçün yer saxlamaq, bu məqsədlə həmin yerə əşya qoyaraq onu məşğul
etmək digər sərnişinlərin hüququnu pozur.




“Şəhərətrafı gediş üçün ödəniş etmiş sərnişinin istənilən boş
yerdə oturmaq hüququ var”, – qurumdan qeyd olunub.