Azərbaycan Basketbol Liqasında VII turun daha bir qarşılaşması keçiriləcək

Baş səhifə
Azərbaycan Basketbol Liqasında VII turun daha bir qarşılaşması keçiriləcək

Azərbaycan Basketbol Liqasında bu gün VII turun daha bir qarşılaşması keçiriləcək.

“Report” xəbər verir ki, B qrupunda “Sumqayıt” “Naxçıvan”la üz-üzə gələcək.

Görüş Sumqayıt Olimpiya İdman Kompleksində saat 19:00-da start götürəcək. “Naxçıvan” qrupda 10 xalla ikinci pillədə yer alıb. 8 xala malik “Sumqayıt” isə sonuncu – altıncıdır.

Qeyd edək ki, turun ötən gün baş tutan görüşündə “Lənkəran” “Sərhədçi”ni 83:78 hesabı ilə məğlub edib. VII tura noyabrın 16-da yekun vurulacaq.