
Belçika Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu yüksək qiymətləndirir.
“Report” xəbər verir ki, bunu Belçikanın Azərbaycandakı səfiri Jülyen de Frepon Kral Günü münasibətilə keçirilən qəbul zamanı bildirib.
“Biz (Belçikada – red.) Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin daha da dərinləşməsini tam şəkildə dəstəkləyirik. Bu inkişaf edən əlaqələr qarşılıqlı, açıq, proqnozlaşdırıla bilən və sabit əməkdaşlığa əsaslanan münasibətlərə olan ümumi istəyi əks etdirir. Müasir dünyada bəzi qüvvələr bu prinsipləri sarsıtmağa çalışdığı bir vaxtda, mən onların möhkəmləndirilməsini xüsusilə vacib hesab edirəm”, – deyə diplomat vurğulayıb.
MƏLUMAT YENİLƏNİR…
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin

