Tbilisidə təyyarə qəzasında həlak olanların cənazələri bu gün Türkiyəyə yola salınır

Baş səhifə
Tbilisidə təyyarə qəzasında həlak olanların cənazələri bu gün Türkiyəyə yola salınır

Gürcüstanda baş verən təyyarə qəzasında həlak olan Türkiyə hərbçilərinin cənazələri bu gün Tbilisinin Şota Rustaveli hava limanından Türkiyəyə göndərilir.

Məlumata görə Cənazələrin Türkiyəyə aparılması üçün xüsusi təyyarə ayrılıb.

Xatırladaq ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi-nəqliyyat təyyarəsi bir neçə gün əvvəl Gürcüstanın Siqnaxi bələdiyyəsi ərazisində qəzaya uğrayıb. Təyyarə Azərbaycandan Türkiyəyə uçarkən radarlardan itib və sonradan dağlıq ərazidə aşkar olunub.

Hadisə nəticəsində göyərtədə olan 20 türk hərbçisi şəhid olub. Gürcüstan və Türkiyə aidiyyəti qurumları tərəfindən birgə istintaq və texniki araşdırma davam etdirilir.