Qaxın yeni icra başçısı kollektivə təqdim olunub

Baş səhifə
Qaxın yeni icra başçısı kollektivə təqdim olunub

Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elvin Paşayev bu gün rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

“Report” xəbər verir ki, təqdimatı Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev edib.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

E.Paşayev ona göstərilən etimada görə minnətdarlıq edib.