Qubada yol nişanlanma işləri aparılır – AYNA

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
regionlarda yol hərəkəti təhlükəsizliyinin artırılması və
nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma
işləri davam etdirilir.

Trend xəbər
verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət
sərhədi avtomobil yolunun 208 kilometrlik hissəsində nişanlanma
işləri həyata keçirilib və təhlükəsizlik səviyyəsinin artırılması
məqsədilə müvafiq nişanlar quraşdırılır.




Quba şəhərinin Heydər Əliyev prospekti, Zəfər, Nəriman Nərimanov
və Cəfər Cabbarlı küçələrində də üfüqi nişanlanma xətlərinin
yenilənməsi həyata keçirilib. Ümumilikdə 37 kilometrlik ərazidə
xətləmə işləri görülüb.

Hazırda yol nişanlanma işləri davam etdirilir.