
Bakı. Trend:
ABŞ İranın “Əbabil” raketləri və “Şəhid” pilotsuz uçuş
aparatlarının istehsalı üçün lazım olan ehtiyat hissələrinin
tədarükündə iştirak edən Ukrayna şirkətlərinə qarşı sanksiyalar
tətbiq edib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat
yayıb.
Məlumata görə, məhdudiyyətlər siyahısına “GK Imperativ Ukraina
LLC” (Xarkov) və” Ekofera LLC” (Kiyev və Xarkov) şirkətləri daxil
edilib.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, İran tərəfi bu
vasitəçi şirkətlərdən istifadə edərək Ukraynadan aerokosmik
materiallar, o cümlədən aviahorizonlar, maqnitometrlər, mühərriklər
və generator komponentləri – alıb və onları İranın aviasiya
müəssisəsi HESA-ya göndərib.

