Yaxın Şərqdə sülh prosesi təhlükədədir – Rubio

Baş səhifə

İordan çayının Qərb sahilindəki son hadisələr Qəzza zolağında
atəşkəsin sabitliyinə təhdid yaradır.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio
bildirib.

“Qərb sahilindəki hadisələrin nəzarətdən çıxacağı, daha böyük
toqquşmalara çevriləcəyi və Qəzza zolağında göstərdiyimiz səyləri
sarsıdacaq təsir yaradacağı ilə bağlı müəyyən narahatlıqlar
mövcuddur”, – deyə Rubio jurnalistlərin suallarını cavablandırarkən
bildirib.




Onun sözlərinə görə, vəziyyətin nəzarətdən çıxması ehtimalı
azdır, çünki ABŞ belə bir inkişafın qarşısını almaq üçün bütün
səylərini göstərəcək. O həmçinin İsrail hakimiyyətinin son oxşar
hücuma verdiyi reaksiyanı müsbət qiymətləndirib.

Xatırladaq ki, çərşənbə axşamı onlarla israilli sakin İordan
çayının qərb sahilində yerləşən iki fələstin kəndinə hücum edib,
avtomobilləri və evləri yandırıblar. Daha sonra hadisə yerinə gələn
İsrail əsgərləri ilə toqquşma baş verib.