
Bakı. Trend:
Ayda atmosfer olmadığından – hava və külək də yoxdu. Lakin onun
səthi Yer üzündəki istənilən qasırğadan qat-qat daha təhlükəli
təsirlərə məruz qalır. Söhbət mikrometeoroidlərin – saniyədə 70
kilometrə qədər sürətlə hərəkət edən xırda daş və metal
hissəciklərinin sonsuz “yağışından” gedir.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir ki.
Yer kürəsində bu hissəciklər atmosferdə yanır, amma Ayda onların
hər biri səthə çatır. Daniyel Yagalomi rəhbərliyində aparılan yeni
tədqiqatda NASA-nın “Artemis” proqramı çərçivəsində gələcək ay
bazası üçün bu təhlükənin miqyası ilk dəfə kəmiyyət baxımından
qiymətləndirilib.
“Meteoroid Engineering Model”dən istifadə edən alimlər ölçüsü
Beynəlxalq Kosmik Stansiyaya bərabər olan hipotetik ay moduluna
neçə toqquşmanın düşəcəyini hesablayıblar. Nəticələr kifayət qədər
sarsıdıcı olub: ildə 15 000-dən 23 000-ə qədər zərbə, hissəciklərin
kütləsi isə milyonluq qram payından 10 qramadək dəyişir.
Bu, sadəcə yüngül toxunuşlar deyil. Müəlliflərin sözlərinə görə,
hətta 1 mikroqramlıq hissəcik belə metala dəyəndə onu deşərək
mikro-krater yarada və avadanlığa zərər verə bilər.

