
Bakı.Trend:
Azərbaycan Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev tanınmış jurnalist Emin İbrahimovun vəfatı ilə bağlı
paylaşım edib.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi “X” sosial
şəbəkə hesabınbda paylaşım edib.
“Allah rəhmət eləsin”, – paylaşımda qeyd olunub.
Qeyd edək ki, azərbaycanlı jurnalist, “Euronews” telekanalının
müxbiri Emin İbrahimov Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində
həlak olub.


