
Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Göyçay Rayon
İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Çingiz oğlu Mürsəlov
bu gün kollektivə təqdim olunub.
Trend xəbər
verir ki, yeni icra başçısını Azərbaycan Respublikası Prezidentinin
köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal
Nağdəliyev rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə
kollektivə təqdim edib.
Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının
tapşırıq və tövsiyələrini çatdırıb. O.Mürsəlov ona göstərilən
etimada görə minnətdarlıq edib.

