ABŞ tarixinin ən uzun şatdaunu ləğv edilib

Baş səhifə

Bakı. Trend:

ABŞ tarixinin ən uzun şatdaunu (hökumətin bağlanması) başa
çatıb.

Trend xəbər verir ki, bir
neçə gün əvvəl Senatın və bu gün Nümayəndələr Palatasının hökumətin
maliyyələşməsi ilə bağlı qanun layihəsini səs çoxluğu ilə
təsdiqləməsindən sonra layihə Prezident Donald Tramp tərəfindən
imzalanıb.




Layihə hökumətin yanvarın 30-na kimi maliyyələşməsini nəzərdə
tutur.

Oktyabrın 1-dən bu yana 43 gün davam edən bağlanma ABŞ tarixinə
ən uzun şatdaun kimi düşüb.