
Bakı. Trend:
ABŞ Energetika Nazirliyi 2025-ci il üçün “Brent” markalı neftin
orta qiyməti ilə bağlı proqnozunu 0,17% artıraraq bir barel üçün
68,64 dollardan 68,76 dollara yüksəldib.
Trend xəbər verir ki, bu
məlumat Nazirliyin Enerji Məlumatları İdarəsinin hesabatında yer
alıb.
Eyni zamanda, proqnoza əsasən, 2026-cı ilin ilk rübündə dünya
üzrə neft ehtiyatlarının artması səbəbindən “Brent” markalı neftin
qiymətinin bir barel üçün 54 dollara qədər enəcəyi gözlənilir.
Bundan əlavə, Nazirlik hesab edir ki, “OPEC+” ölkələrinin
hasilatı dünya neft ehtiyatlarının əhəmiyyətli artımı fonunda hədəf
səviyyələrindən orta hesabla gündə 1,3 milyon barel az olacaq.

