Azərbaycan klubu Çelenc Kubokundakı ilk matçında uduzub

Baş səhifə
Azərbaycan klubu Çelenc Kubokundakı ilk matçında uduzub

Azərbaycanın kişi voleybolçulardan ibarət “Xilasedici” komandası Çelenc Kubokunda ilk matçını keçirib.

“Report” xəbər verir ki, Bakı təmsilçisi 1/32 final mərhələsində Rumıniyada “Styaua” kollektivinin qonağı olub.

Qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü noyabrın 20-də Bakıda, Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 18:00-da başlayacaq.