Şamaxıda fərdi yaşayış evində yanğın baş verib (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Şamaxı rayonu, Kiçik Xınıslı kəndində fərdi yaşayış evində yanğın
baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar
dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı rayon
Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi
150kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın
daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə
söndürülüb.




Yanğın nəticəsində altıotaqlı fərdi yaşayış evinin ikinci
mərtəbəsində iki otağın yanar konstruksiyaları 50kv.m, bir otağın
tavanı 25 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.