
Bakı. Trend:
Azərbaycan karateçisi İrina Zaretska Səudiyyə Ərəbistanının
paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi
Oyunlarında final görüşünə çıxıb.
Trend xəbər verir ki, 68
kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici
qarşılaşmada türkiyəli Eda Eltamurla üz-üzə gəlib.
Rəqibini 5:3 hesabı ilə məğlub edən İ. Zaretska İslamiadanın
üçqat qalibi olub.
Qeyd edək ki, daha əvvəl Mədinə Sadıqova (55 kiloqram) və Roman
Heydərov (kata) VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal
qazanıblar.

