XTQ mənsublarının xüsusi tibb hazırlığı kursunun açılışı olub (FOTO)

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Xüsusi Təyinatlı
Qüvvələrin (XTQ) şəxsi heyətilə xüsusi tibb hazırlığı üzrə
keçirilən kursun açılış mərasimi olub.

Trend xəbər
verir ki, bu barədə Müdafiə nazirliyi məlumat yayıb.

Bildirilib ki, beynəlxalq mütəxəssislərin də iştirak etdiyi
tədbirin açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və
Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik
sükutla yad olunub.




XTQ-nin komandanı general-mayor Ələkbər Cahangirov Müdafiə
Nazirliyinin rəhbərliyi adından tədbir iştirakçılarını 12 Noyabr –
Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə təbrik
edib, onlara tədrisdə uğurlar arzulayıb.

Tədbirdə qeyd olunub ki, kursun keçirilməsində əsas məqsəd döyüş
meydanında yaralılara ilkin tibbi yardımın göstərilməsi, eləcə də
tibbi təxliyə və döyüş şəraitində tibb xidmətinin təşkili üzrə XTQ
mənsublarının bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.

Açılış mərasimindən sonra şəxsi heyətin məişət şəraitinə, tədris
yerlərinə, eləcə də tədris prosesində istifadə olunacaq müasir
tibbi avadanlıqlara baxış keçirilib.