Avropa çempionatı: Azərbaycanın basketbol millisi seçmə mərhələdəki ilk oyunda məğlub olub

Baş səhifə
Avropa çempionatı: Azərbaycanın basketbol millisi seçmə mərhələdəki ilk oyunda məğlub olub

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin ilk oyununda məğlub olub.

“Report”un məlumatına görə, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv E qrupundakı ilk oyununda Bolqarıstanla üz-üzə gəlib.

Bakı İdman Sarayındakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 141:48.

Qeyd edək ki, Azərbaycan komandası noyabrın 15-də Monteneqronu qəbul edəcək.