Gələn il üçün planlaşdırılan layihələr çərçivəsində əlavə 800 iş yeri yaradılacaq – Kino Agentliyi

Baş səhifə

Bakı.Trend:

2023–2025-ci illərdə dövlət dəstəyi ilə 71 film layihəsinin
istehsalına başlanılıb, onlardan 50-si (6-sı tammetrajlı)
tamamlanaraq təhvil verilib. İstehsal üçün 34 şirkətə 21,3 milyon
manat dövlət vəsaiti ayrılıb. Hazırda ildə orta hesabla 8–10
tammetrajlı film istehsal olunur.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Respublikasının Kino Agentliyi
(ARKA) məlumat yayıb.

Bildirilib ki, kino sənayesində bu canlanma 1570 müvəqqəti iş
yeri yaradıb,.




Qeyd edilib ki, 2026-cı il üçün planlaşdırılan layihələr isə
əlavə 800 iş yeri formalaşdıracaq.

“2025-ci ildən filmlərin yayım hüquqlarının satışına başlanılıb.
Yerli telekanallarla imzalanan ilk yayım paketi 11 film üzrə 100
min manat dəyərindədir. Azərbaycan filmləri artıq Kann və Venesiya
kimi nüfuzlu festivallarda nümayiş olunur. ARKA beynəlxalq
əməkdaşlıq çərçivəsində 7 memorandum imzalayıb və hər il 6
beynəlxalq film festivalına dəstək verir”,- ARKA-dan əlavə
edilib.