Bakı. Trend:
Müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu
müvəffəqiyyətlə bitirərək zabitlərin həqiqi hərbi xidmətinə könüllü
daxil olan ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçularına leytenant hərbi rütbəsi veriləcək.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Müdafiə,
təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü
iclasında müzakirə olunan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin
təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında”
Qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini
tapıb.

