Belarus Ukrayna ilə quru sərhədində demarkasiya işlərini başa çatdırıb.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bunu respublikanın Dövlət Sərhəd Komitəsinin sədri Konstantin Molostov jurnalistlərə açıqlamasında bildirib.
“Ukrayna hissəsində dövlət sərhədinin demarkasiyasının davam etdirilməsinə böyük diqqət ayırırıq. Bu günə olan vəziyyətə görə, bütün quru sərhədi boyunca demarkasiya işlərini başa çatdırmışıq. Yalnız sərhədin Dnepr və Soj çaylarından keçən hissəsi qalıb”, – K.Molostov bildirib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

