Azərbaycan nümayəndə heyəti Aşqabadda keçirilən “Türkmentel-2025” beynəlxalq konfransda iştirak edib (FOTO)

Baş səhifə

Bakı.Trend:

Noyabrın 12-də Aşqabad Ticarət və Sənaye Palatasının sərgi
mərkəzində “Türkmentel-2025” Beynəlxalq Sərgisinin açılışı olub.
Sərgidə bir çox ölkələrlə yanaşı, Türkmənistandan 200-dən çox
təmsilçi iştirak edib.

Trend xəbər
verir ki, tədbirdə Azərbaycan şirkətləri də təmsil olunub. “Delta
Telecom” şirkəti sərginin platinium sponsoru qismində çıxış edib və
öz stendi ilə iştirakçılara təqdim olunub. Həmçinin “Azerconnect”
və “AzerTelecom” şirkətlərinin nümayəndələri də sərgidə iştirak
ediblər.




Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Memmetxan
Çakıyevin rəhbərlik etdiyi nümayəndə heyəti, xarici ölkələrin
təmsilçiləri, eləcə də Azərbaycan Respublikasının Türkmənistandakı
Səfirliyinin əməkdaşları “Delta Telecom” şirkətinin stendini
ziyarət ediblər.

Sərgidə “Delta Telecom”un stendi iştirakçılar tərəfindən böyük
maraq və rəğbətlə qarşılanıb.