Bakı. Trend:
İsrail Qəzza bölgəsinə humanitar yardımın daxil olmasını təmin
etmək üçün zolağın şimalında yerləşən “Zikim” nəzarət-buraxılış
məntəqəsini yenidən açıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF)
məlumat yayıb.
“Zikim” NBM-in fəaliyyətinin bərpa olunması ilə Qəzza zolağında
aktiv vəziyyətdə olan nəzarət-buraxılış məntəqələrinin sayı 3-ə
çatıb.
Ərazilərdə Hökumət Fəaliyyətlərinin Əlaqələndirilməsi üzrə
Əlaqələndiricinin (COGAT) bəyanatında bildirilir ki, keçid siyasi
rəhbərliyin təsdiqi ilə açılıb və humanitar yardım Təhlükəsizlik
Nəzarət İdarəsinin yoxlamalarından sonra BMT və beynəlxalq
təşkilatlar tərəfindən çatdırılacaq.

