Polşada yeni konstitusiya qəbul oluna bilər

Baş səhifə

Bakı. Trend:

Polşa hökuməti yaxın vaxtlarda yeni konstitusiya layihəsi
üzərində işə başlayacaq.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Polşa Prezidenti Karol Navrotski
yerli telekanala müsahibəsində bildirib.

Siyasətçinin sözlərinə görə, son iki il ərzində Polşa
konstitusiyası mütəmadi olaraq pozulub. Buna görə də yaxın
gələcəkdə Konstitusiya Şurası yaradılacaq. Bununla belə, prezident
yeni əsas qanun layihəsinin məzmununa görə məsuliyyət
daşımayacaq.




Navrotski xəbərdarlıq edib ki, əgər Polşanın əsas siyasi
qüvvələri yeni konstitusiyanın əsas maddələri barədə razılığa gələ
bilməsələr, gələn il bu məsələ ilə bağlı ölkədə ümummilli
referendum keçirilə bilər.

Yeni konstitusiyanın hazırlanması Navrotskinin əsas seçkiqabağı
vədlərindən biri olub. Hazırda qüvvədə olan konstitusiya isə
1997-ci ildə qəbul edilib.