
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 10 ayında
proqnozla müqayisədə 6 faiz və ya 385 mln. manat çox olmaqla 6
mlrd. 601 mln. manat təşkil edib.
Trend
xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.
Bildirilib ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial
sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz və ya
371 mln. manat artaraq 5 mlrd. 237 mln. manat olub.
Yanvar-oktyabr aylarında DSMF-nin xərcləri 6 mlrd. 263 mln.
manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9
faiz və ya 537 mln. manat çoxdur.

