Polşa ordusunun şəxsi heyəti 215 min nəfərə çatıb

Baş səhifə

Bakı. Trend:

Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış ölkə
ordusundakı hərbçilərin sayının 215 minə yüksəldiyini
açıqlayıb.

Trend xəbər verir
ki, nazirin sözlərinə görə, hərbi xidmətə qoşulanların sayı
artmaqda davam edir.




“Bu gün elan edə bilərəm ki, bizim 215.000 əsgərimiz var və daha
çox əsgər bizə qoşulur”, – deyə o vurğulayıb.

Kosiniyak-Kamış əlavə edib ki, noyabrın 6-dan etibarən 15 min
nəfər könüllü hərbi təlimlərə yazılıb.